Biləsuvarda ağır qəzada 5 nəfər yaralandı - Video

bilesuvarda-agir-qezada-5-nefer-yaralandi
Oxunma sayı: 1591

Bu gün Biləsuvar rayonunda ağır qəza baş verib.

“Qafqazinfo” xəbər verir ki, köhnə Ələt-Astara magistralının rayondan keçən hissəsində Rusiyaya məxsus TIR ilə "VAZ-2107" markalı minik avtomobili toqquşub.

Nəticədə minik avtomobilində olan 5 nəfər xəsarət alıb. Onlardan 2-sinin vəziyyətinin ağır olduğu bildirilib.

Hadisə yerindən görüntüləri təqdim edirik.