Biləsuvarda ağır yol qəzası, xəsarət alanlar var - Fotolar

bilesuvarda-agir-yol-qezasi-xesaret-alanlar-var
Oxunma sayı: 1963

Bu gün Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, köhnə Ələt-Astara magistralında “Ford” markalı yük avtomobili ilə “Opel” markalı avtomobil toqquşub.

Qəza nəticəsində hər iki nəqliyyat vasitəsində olan 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan ikisinin vəziyyətinin, xüsusilə ağır olduğu bildirilir.

Fakta bağlı araşdırma aparılır.

Surxay Şahbazov