Badamdarda sürüşmə sahəsində çatlar genişlənib

badamdarda-surusme-sahesinde-catlar-genislenib
Oxunma sayı: 108

Badamdarda sürüşmə sahəsində çatlar genişlənib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi məlumat yayıb. 

Bildirilib ki, Agentliyin mütəxəssisləri tərəfindən Səbail rayonu, Badamdar–20-ci sahədə aparılan növbəti monitorinqlər zamanı əvvəl qeydə alınmış nəticələrlə müqayisədə sürüşmə sahəsində çatların bir qədər də genişləndiyi və aktivliyin davam etdiyi müəyyən edilib. 

Həmçinin ərazidə vəziyyətin dinamikasının izlənildiyi bildirilib.