Travmatologiya İnstitutunda vacib cihaz yoxdur? - Video

travmatologiya-institutunda-vacib-cihaz-yoxdur
Oxunma sayı: 145

“Hər gün onlarla sümük-oynaq əməliyyatları edilən, yüzlərlə pasiyentin sümük xəstəliklərinə görə müraciət etdiyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda sümük sıxlığını, osteoporoz və osteopeniyanı təyin etmək üçün sümük densitometriyası (osteodensitometriya) cihazı yoxdur, ya da var işləmir. Bu bilirsiz nəyə bənzəyir? Elə bil ki, dərzidir iynəsi yoxdur, bərbərdir qayçısı yoxdur…”

“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında radioloq Aydın Əliyev yazıb. 

Həkimin sözlərinə görə, bu sümük patalogiyaları ilə məşğul olan respublika əhəmiyyətli mərkəzdə bu müayinənin olmaması məyusedicidir. O, həmçinin institutda yumşaq toxuma-əzələ, vətər, qığırdaq, disk, menisk və s. zədələnmələrinin diaqnostikasında ən vacib diaqnostika metodu olan MRT (Maqnit Rezonans Tomoqrafiya) cihazının da olmadığını qeyd edib. 

Baku TV iddialarla bağlı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna müraciət edib. Xəstəxananın mətbuat katibi verilən sualları cavablandırmayıb. 

Səhiyyə Nazirliyindən isə sorğuya cavab olaraq bildirilib ki, sözügedən müayinə əsas diaqnostik üsul deyil: “Densitometriya sümük-mineral sıxlığının kəmiyyət göstəricilərinin müəyyən edilməsi üçün xüsusi əhəmiyyət daşıyır. Bununla belə, travmatologiya və ortopediya sahəsində bu müayinə əsas diqanostik üsul deyil. Zəruri hallarda tətbiq olunan əlavə müayinə vasitələrindən biridir. İnstitutda travmotoloji və ortopedik xəstəliklərin diqanostikası və müalicəsi mövcud tibbi texniki imkanlar, klinik göstərişlər və müasir tibbi yanaşmalar əsasında həyata keçirilir. Hər bir pasiyentin fərdi klinik vəziyyəti nəzərə alınaraq müvafiq müayinə üsulu müəyyən  edilir”.

Daha ətraflı süjetdə: