Binəqədidə dil siyasəti mövzusunda konfrans keçirildi - Fotolar

bineqedide-dil-siyaseti-movzusunda-konfrans-kecirildi
Oxunma sayı: 1135

8 dekabrda Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və 276 nömrəli tam orta məktəbinin birgə təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyevin dil siyasəti dövlət quruculuğu kontekstində” mövzusunda konfrans keçirilib.

“Qafqazinfo” xəbər verir ki, konfransda Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşilatının sədri Vüsar İsmayılov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir mavini Hüseyn Əsgərov, Binəqədi Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, Binəqədi Rayonunda yerləşən məktəblərin direktorları, pedoqoji kollektiv üzvləri və şagirdlər iştirak edirdilər.

Tədbirdə açılış nitqi ilə çıxış edərək 276 nömrəli tam orta məktəbin direktoru Bəhram Şiriyev “Ümummilli lider Heydər Əliyevin dil siyasəti dövlət quruculuğu kontekstində” adlı konfransın keçirilməsinin əhəmiyyətindən  söhbət açaraq iştirakına görə hər kəsə təşəkkür edib.

Çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova qeyd edib ki,  ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi dil siyasətini bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir. Latın qrafikasında kütləvi nəşrlərin meydana çıxması bunun parlaq göstəricisidir. Ümummilli liderin ideyalarını layiqincə yerinə yetirən Azərbaycan Prezidenti cənab İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır.