Binəqədidə taksi sürücüsü sərnişini maşından atdı

bineqedide-taksi-surucusu-sernisini-masindan-atdi
Oxunma sayı: 4184

Binəqədidə taksi sürücüsü sərnişininə qarşı soyğunçuluq edib. 

DİN-in Mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, hadisə mayın 27-nə keçən gecə rayon ərazisində qeydə alınıb. Belə ki, taksi sürücüsünün sərnişinini itələyib avtomobildən düşürməsi və mobil telefonunu talayaraq getməsi barədə polisə məlumat daxil olub.

Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elməddin Səmədzadə müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun: “Карабах”-цы с семьями - Фото