Biomüxtəlifliyin qorunması sahəsində müzakirə aparıldı

biomuxtelifliyin-qorunmasi-sahesinde-muzakire-aparildi
Oxunma sayı: 1315

Almaniyanın Bonn şəhərində 5-15 iyun tarixlərində keçirilən  BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının köməkçi orqanının 58-ci sessiyası çərçivəsində Azərbaycan nümayəndə heyəti plenar iclaslarda iştirak edir, ikitərəfli görüşlər keçirir.

Bu barədə “Qafqazinfo”ya Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) məlumat verilib.

Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Emin Qarabağlı bildirib ki, bioloji müxtəliflik və ekosistem xidmətləri üzrə beynəlxalq elmi-siyasi platformanın (İPBES) baş katibi xanım Ann Lariqard ilə görüş zamanı Azərbaycanda bioloji müxtəlifliyin qorunması sahəsində əldə edilmiş nailiyyətlər və İPBES ilə əməkdaşlıq məsələləri müzakirə edilib.

Eyni zamanda, görüşdə yeni çapdan çıxmış Azərbaycanın “Qırmızı kitabı”nın 3-cü nəşri barədə də məlumat verilib və biomüxtəlifliyin qorunması sahəsində kitabın beynəlxalq əhəmiyyəti qeyd olunub.