Bir ilə 708 mindən çox pensiya alır - Tarixə düşdü

bir-ile-708-minden-cox-pensiya-alir
Oxunma sayı: 4291

ABŞ-nin sabiq prezidenti Co Bayden ölkə tarixində amerikalı eks-prezidentlər arasında ən yüksək dövlət təqaüdünə sahib şəxs olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “New York Post” (NYP) yayıb. 

Bildirilib ki, 83 yaşlı Baydenin pensiyası ildə 417 min dollar (təqribən 708,900 AZN) təşkil edir. 

ABŞ-nin eks-liderinin pensiya məbləği onun illik 400 min dollar həcmində olan prezident maaşını da geridə qoyub. 

NYP həmçinin yazır ki, Baydenin pensiyası ölkənin digər keçmiş prezidenti Barak Obamaya təyin edilən analoji ödənişi iki dəfə üstələyir. 

Məlumata görə, Co Bayden siyasətdə uzun müddət sahib olduğu karyera sayəsində yüksək təqaüdə malikdir. O, Senatda və vitse-prezident postunda 44 il işləyib və buna görə də, eyni anda bir neçə mənbədən ödəniş əldə edir.

Xatırladaq ki, C.Bayden 2021-2025-ci illərdə ABŞ-nin 46-cı prezidenti olub.