“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 8-ci turunda “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.
“Qafqazinfo” xəbər verir ki, o, 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra bunları söyləyib:
“Çətin oyun idi. “Neftçi”nin oyundan-oyuna daha yaxşı olduğunu görürük. Son matçlarda aqressivdirlər. İlk hissədə onların təzyiqinin qarşısında tab gətirə bilmirdik. İkinci hissədə şanslarımız oldu. Bir qol vursaydıq, oyun bitə bilərdi. Çempionatın ən gərgin dövrüdür. Səhvlərimizdən nəticə çıxarmalıyıq.
Komanda Tovuzda qələbə qazana bilmir. Statistika onu deyir. İstəməzdik belə olsun. Amma gerçək budur. İnanıram ki, bunu aradan qaldıracağıq. Bizim burada yaxşı oyunlarımız, qələbələrimiz olub. Sadəcə bu il belə başladı. Bəlkə də bu gün bərabərlik bizim üçün motivasiya baxımından daha yaxşı olardı”.