“Birisinin cəzasını Tanrı verdi, xalq, millət verdi…”

birisinin-cezasini-tanri-verdi-xalq-millet-verdi
Oxunma sayı: 2989

Filologiya elmləri doktoru, professor Cahangir Məmmədli Rəcəb Tayyib Ərdoğanın növbəti dəfə Türkiyə Prezidenti seçilməsi münasibətilə yazı qələmə alıb.

“Qafqazinfo” həmin yazını təqdim edir:

“Türkiyəmizi yer üzündən silməyə hazır PKK-dan səs uman, Türkiyəmizə həqarət yapmaqda olan HDP-dən “güc” alan, terrorçulara dəstək əli uzadacağına söz verən, depremzədələrə səslə köməyi dəyişən, dünən dediyini bu gün danan, Türkiyəmizi Qərbə qurban verməyə hazır olan, “İpək Yolu”nun yolundan bixəbər, Türk Dövlətləri Təşkilatını ləğv etməyə can atan, Türkiyəmizin “Can-Azərbaycan!” dediyi bir ölkəni türk dünyasının yağı düşməni Ermənistana satan, Türkiyəmizin beynəlxalq nüfuzunu həzm edə bilməyən, Türkiyəmizin hərbi-texniki gücünə narahat olan, əsl milli kimliyini etiraf etməyə cəsarəti çatmayan, millətə etinasız partiyaları başına yığan, TBMM-də Cümhuriyyətin 323 millət vəkili sayı ilə hesablaşmağa savadı çatmayıb min bir yalançı vədlər verən, Türkiyəmizin dövlətçilik quruluşunu özündə əks etdirən Konstitusiyasının milli mənafelərlə bağlı ilk dörd bəndini PKK-nın xeyrinə dəyişdirəcək kimi mümkün olmayan bir vədlə terrorçuları ələ almağa çalışan, Türkiyəmizə və Türk dünyamıza nifrət bəsləyən İranı hələ seçilməmişdən bağrına basan, məbədə aparan bütün yolları bağlamağa cəhd göstərən, Türkiyəmizin müstəqilliyi və müasir inkişafı üçün canını verməyə hazır olan Ərdoğanımızın liderlik missiyasını bəyənməyən… birisinin cəzasını Tanrı verdi, xalq, millət verdi.

Təbrik edirik, Türkiyəmiz!

Dünya durduqca tarixin səhifəsindən heç vaxt silinməyəcək 28 mayın bu gecəyarısı sənin taleyin həll olundu. Azərbaycanımızın və Türk dünyamızın bu şanlı, şərəfli, unudulmaz gecəyarısı mübarək olsun! Bilirdik, gözləyirdik və şərəfə nail olduq.

Tanrı hər zaman ədalətin yanındadır!”