“Biz son dərəcə əhəmiyyətli bir dövrün başlanğıcını edirik” - Numan Kurtulmuş

biz-son-derece-ehemiyyetli-bir-dovrun-baslangicini-edirik
Oxunma sayı: 1516

“Biz millət olaraq qarşımıza yeni hədəflər, yeni üfüqlər qoymalıyıq”.

“Qafqazinfo” "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) yeni sədri Numan Kurtulmuş təşəkkür nitqi zamanı səsləndirib.

O bildirib ki, Türkiyə Cümhuriyyətinin elan edilməsindən 100 il keçir:

“Türkiyə böyük qazanclar əldə edib. Türkiyə Əsri olaraq adlandırdığımız cümhuriyyətimizin ikinci yüz ilində hamımız birləşəcəyik. Biz son dərəcə əhəmiyyətli bir dövrün başlanğıcını edirik. Bu millət bizə fürsət verib. Bu fürsəti millətin dəstəyi ilə sona qədər çalışaraq göstərəcəyik. Daha güclü, daha böyük Türkiyə üçün çox çalışacağıq", - deyə Kurtulmuş bildirib.