“Bizim üçün fərqi yoxdur” - Pezeşkian ABŞ-dəki seçki barədə

bizim-ucun-ferqi-yoxdur
Oxunma sayı: 1130

İran Prezidenti Məsud Pezeşkian ABŞ-də keçirilən prezident seçkisinə münasibət bildirib.

“Qafqazinfo” bu barədə İran mətbuatına istinadən xəbər verir.

“İran İslam Respublikası üçün ABŞ-də prezident seçkilərində kimin qalib olmasının fərqi yoxdur. Çünki ölkəmiz və hökumətimiz öz daxili gücünə əsaslanır”, - Pezeşkian bildirib.

İran Prezidenti deyib ki, ölkəsi qonşu dövlətlərlə əlaqələrin inkişafını prioritet hesab edir.