Blinken onunla Kiyevə yardımı müzakirə etdi

blinken-onunla-kiyeve-yardimi-muzakire-etdi
Oxunma sayı: 1094

ABŞ dövlət katibi Antoni Blinken Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə telefon danışığı aparıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmisi Metyu Miller açıqlama yayıb.

Blinken qeyd edib ki, Vaşinqtonun Kiyevə yardımı davam edəcək. O, hərbi tranşlardan da bəhs edib.

Blinken, həmçinin Amerika hakimiyyətinin Ukraynada suverenlik və demokratiyanı dəstəkləmək, habelə BMT Nizamnaməsinin prinsipləri əsasında münaqişə zonasında sülhün bərqərar olması öhdəliyini xatırladıb.