BMT Baş Assambleyasının Prezidentindən Bakı ilə bağlı paylaşım

bmt-bas-assambleyasinin-prezidentinden-baki-ile-bagli-paylasim
Oxunma sayı: 2194

“Qoşulmama Hərəkatının dünyaya pandemiyadan sonrakı baxışları çox vacibdir, çünki davamlı inkişaf və COVID-19-dan sonrakı bərpa eyni medalın iki üzüdür".

"Qafqazinfo" xəbər verir ki, bunu BMT Baş Assambleyasının 77-ci sessiyasının Prezidenti Ksaba Korosi tviter hesabında yazıb.

O, Bakıda keçirilən COVID-19-dan sonrakı bərpaya həsr olunan zirvə toplantısının çox vacib olduğunu bildirib.

Qeyd edək ki, martın 2-də Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşünün bağlanış sessiyası keçirilib.