BMT Rusiyaya edilən PUA hücumlarını pislədi

bmt-rusiyaya-edilen-pua-hucumlarini-pisledi
Oxunma sayı: 1184

“Ukraynanın Rusiyaya pilotsuz uçuş aparatları ilə hücum zamanı mülki əhalini və infrastrukturu hədəf almasını qətiyyətlə pisləyirik”.

“Qafqazinfo” xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Düjarrik bəyan edib.

“Biz harada baş verməsindən asılı olmayaraq, mülki şəxslərə və mülki infrastruktura qarşı bütün hücumları qətiyyətlə pisləyirik. Bu cür hücumlara son qoyulmalıdır”, - deyə o qeyd edib.

Düjarrik tərəfləri gərginliyin azaldılmasına və hərbi əməliyyatların dərhal dayandırılmasına çağırıb.