Nalbandyan harda gizlənir?

<b>Nalbandyan harda gizlənir? </b>
Oxunma sayı: 348

Bunu bazar ertəsi Trend-ə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev bildirib. "Nalbandyanın bəyanatı ondan xəbər verir ki, rəsmi Yerevan Minsk qrupunun həmsədr ölkələrinin liderlərinin Dağlıq Qarabağ münaqişəsində status-kvonun saxlanmasının yolverilməz olduğu qeyd edilən Akvil, Muskok və Dovildəki bəyanatlarına məhəl qoymur", - Abdullayev deyib.

Onun sözlərinə görə, bundan başqa, Yerevan Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasını nəzərdə tutan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə əhəmiyyət vermir. "BMT TŞ ilə yanaşı, İƏT və Avropa Parlamenti kimi bir çox beynəlxalq təşkilatlar Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasına çağıran qətnamələr qəbul ediblər. Dünyanın bütün ölkələri və bütün beynəlxalq institutları Azərbaycanın ərazi bütövlüyünü tanıyır", - Abdullayev bildirib.

XİN rəsmisi qeyd edib ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti arxasında gizlənən Nalbandyan beynəlxalq normalara hədsiz hörmətsizlik edərək günahı Bakının üstünə atmaq istəyir. "Məhz Ermənistan status-kvonun saxlanmasına və sülh prosesinin pozulmasına yönəlmiş qeyri-konstruktiv mövqe tutub", - Abdullayev deyib.

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ATƏT-in Minsk qrupunun yaranmasının 20 illiyi ilə əlaqədar bəyan edib ki, münaqişənin ikinci tərəfinin destruktiv mövqeyi üzündən problemin nizamlanması prosesində dönüş yaratmaq mümkün olmayıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi