Bodrumda rusiyalı ana-qızın cəsədi tapıldı

bodrumda-rusiyali-ana-qizin-cesedi-tapildi
Oxunma sayı: 3913

Türkiyənin Bodrum kurort şəhərində bir rusiyalı qadının və qızının cəsədi aşkar olunub.

“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, onların qadının keçmiş əri tərəfindən qətlə yetirildikləri güman edilir. 

İlkin ehtimallara görə, sözügedən şəxs artıq Türkiyəni tərk edib. 

Rusiyanın Antalyadakı Baş konsulluğu məlumatın yoxlanılması üçün yerli hüquq-mühafizə orqanları ilə əlaqədə olduğunu açıqlayıb. 

Türkiyə mediası öldürülən qadının 42 yaşlı İrina Dvizova olduğunu və daşınmaz əmlak üzrə agent olaraq işlədiyini yazıb. İrinanın qızının isə 15 yaşı olduğu qeyd olunub. Qonşular hadisə yerində atəş səsləri eşidiblər.