Boğazda qıcıqlanma və ağrı - “Omicron”un əsas əlamətləri

bogazda-qiciqlanma-ve-agri
Oxunma sayı: 12341

Britaniyalı epidemioloq, professor Tim Spektor koronavirusa qarşı peyvənd olunan şəxslər “Omicron” ştamına yoluxduqda hansı simptomlar nümayiş etdirdiklərini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, Spektorun sözlərinə görə, sözügedən ştam soyuqdəyməyə bənzər simptomlar yaradır. Bunlara boğaz ağrısı, burun axması, asqırma, yorğunluq və baş ağrısı daxildir.

Bununla belə, professor qeyd edib ki, “Omicron”a yoluxanların yalnız yarısında öskürək, hərarət və iybilmənin itməsi kimi ümumi simptomlar müşahidə olunur.

Bununla yanaşı, Çikaqo İctimai Səhiyyə Departamentinin Komissarı Ellison Arvadinin sözlərinə görə, “Omicron” ştamının ən geniş yayılmış simptomları boğazda qıcıqlanma və ağrıdır.

Amerikalı alim bildirib ki, boğazda ağrı və qıcıqlanma olduqda koronavirus testinin nəticəsini əldə etməzdən əvvəl də “Omicron”a yoluxma barədə qənaətə gəlmək mümkündür.