Böyük Dəbilqədə 8 cüdoçumuz mübarizəyə başlayır

boyuk-debilqede-8-cudocumuz-mubarizeye-baslayir
Oxunma sayı: 927

Bu gün Türkiyənin Antalya şəhərində keçirilən cüdo üzrə Böyük Dəbilqə turniri start götürəcək. 

“Qafqazinfo” xəbər verir ki, turnirin ilk günündə 5 çəki dərəcəsində 8 cüdoçumuz tatamiyə çıxacaq.

Kişilər arasında -60 kq. çəkidə Kəramət Hüseynov və Nazir Talıbov, -66 kq. çəkidə Orxan Səfərov və Yaşar Nəcəfov medallar uğrunda mübarizə aparacaq.

Qadınlar arasında isə -48 kq. çəkidə Leyla Əliyeva və Könül Əliyeva, -52 kq. çəkidə Gültac Məmmədəliyeva, -57 kq. çəkidə Fidan Əlizadə güclərini sınayacaq.