Böyük hissəsi su olan 2 planet kəşf edildi

boyuk-hissesi-su-olan-2-planet-kesf-edildi
Oxunma sayı: 4035

Yer kürəsinə yaxın, səthləri tamamilə su ilə örtülməsi güman edilən iki yeni planet kəşf edilib.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, ekzoplanetlər Yerdən 218 işıq ili uzaqlığında Lira bürcündəki ulduz ətrafında dövr edirlər.

Kosmik modellər bu cür planetlərin mövcud ola biləcəklərini öncədən güman etsələr də, sübutlar indiyə kimi əldə edilməmişdi.

Alimlərin fikrincə, Yer kürəsindən daha böyük ölçüyə sahib “Super Yer” planetləri, adətən, qayalardan və metallardan ibarətdir.

Aşağı sıxlığa malik olan planetlərin həcmlərinin böyük hissəsi hidrogen və heliumdan daha ağır maddədən təşkil edilib.