UEFA Avropa Liqasında yarımfinal mərhələsinə start verilib.
“Qafqazinfo” xəbər verir ki, gecənin ən dramatik mübarizəsi Portuqaliyada yaşanıb.
“Braqa” doğma meydanda Almaniya təmsilçisi “Frayburq”u qəbul edib. Gərgin keçən görüşün taleyi son saniyələrdə həll olunub. Meydan sahibləri matçın bitməsinə saniyələr qalmış vurduqları qolla 2:1 hesablı qələbəni bayram ediblər.
Digər yarımfinal matçında isə iki İngiltərə klubu üz-üzə gəlib. “Nottingem Forest” azarkeşləri önündə “Aston Villa”nı sınağa çəkib. Qarşılıqlı hücumlar şəraitində keçən oyunda bir qol qeydə alınıb. “Nottingem Forest” rəqibini 1:0 hesabı ilə məğlub edərək cavab qarşılaşması öncəsi üstünlük qazanıb.
Qeyd edək ki, bu mərhələnin cavab oyunları mayın 7-də keçiriləcək və finalçıların adlarına aydınlıq gələcək.
UEFA Avropa Liqası Yarımfinal, ilk oyunlar:
“Braqa” (Portuqaliya) - “Frayburq” (Almaniya) 2:1
“Nottingem Forest” (İngiltərə) - “Aston Villa” (İngiltərə) 1:0
Son xəbərlər
Son Xəbərlər