Məşhur britaniyalı müğənni, gitara ifaçısı Kris Ri 74 yaşında dünyasını dəyişib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Middlesbrough” futbol klubunun “X” səhifəsi məlumat yayıb.
Ailəsinin verdiyi rəsmi açıqlamaya görə, musiqiçi bu gün səhər saatlarında, qısa sürən xəstəlikdən sonra xəstəxanada vəfat edib.
Qeyd edək ki, Kris Ri musiqi dünyasına 1978-ci ildə buraxdığı “Whatever Happened to Benny Santini?” debüt albomu ilə qədəm qoyub. Albomun əsas mahnısı olan “Fool (If You Think It's Over)” ABŞ-də böyük hitə çevrilərək “Billboard Hot 100” siyahısında 12-ci yerə yüksəlib və sənətçiyə “İlin mahnısı” nominasiyasında “Qremmi” namizədliyi qazandırıb.
Son xəbərlər
Son Xəbərlər