Britaniyanın müdafiə naziri Kiyevə getdi

britaniyanin-mudafie-naziri-kiyeve-getdi
Oxunma sayı: 1222

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles gözlənilmədən Ukraynanın paytaxtı Kiyevə səfər edib. 

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı Ukraynanın Müdafiə Nazirliyi yayıb. 

Uolles Kiyevə səfəri zamanı Ukraynanın müdafiə naziri Aleksey Reznikovla ukraynalı hərbçilərin Britaniyada təlim keçməsi və bir sıra digər məsələləri müzakirə edib.