Britni Spirs sağalmaz xəstəlikdən əziyyət çəkir

britni-spirs-sagalmaz-xestelikden-eziyyet-cekir
Oxunma sayı: 3705

40 yaşlı amerikalı pop-müğənni Britni Spirs sağalmaz xəstəlikdən əziyyət çəkir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, instaqramda bildirib.

Müğənni etiraf edib ki, onun bədəninin sağ hissəsində sinir zədələnib və bu, sağalmır.

Spirs qeyd edib ki, məhz bu səbəbdən daim instaqramda rəqs videolarını paylaşır. Belə ki, rəqslər ona müəyyən simptomları yüngülləşdirməyə kömək edir və o, ağrı hiss etmir.

Pop-müğənni vurğulayıb ki, sinir zədələnməsi beyninin yetəri qədər oksigen almaması səbəbindən baş verib.

Spirs, həmçinin bildirib ki, xəstəliyin simptomları ilə üç il əvvəl qarşılaşıb. Həmin vaxt o, ağrıları səbəbindən tibb müəssisəsinə yerləşdirilmişdi.