Sami Yusuf Azərbaycan bayrağını öpdü

sami-yusuf-azerbaycan-bayragini-opdu
Oxunma sayı: 806

Dünya şöhrətli Azərbaycan əsilli müğənni Sami Yusuf Türkiyənin paytaxtı Ankarada konsert verib.

“Qafqazinfo”nun anspress-ə istinadən məlumatına görə, 3000 nəfər qarşısında xüsusi proqramla çıxış edən Sami Yusufin konserti uğurlu şəkildə keçib. Konsert proqramı 2 saat davam edib.

“Wherever You are” və digər albomlarından mahnılar səsləndirən Sami Yusuf Azərbaycanın əvəzedilməz səsi Rəşid Behbudovun repertuarına da müraciət edib. O, konsertində R. Behbudovun “Yalqızam” mahnısını ifa edib.

Konsertin sonunda isə Sami Yusuf gözlənilməz jest edib. O, səhnədə olan azərbaycanlı tamaşaçıdan Azərbaycan bayrağını alıb, onu öpüb və gözlərinin üstünə qoyub. Konsertə gələnlər onun bu addımı böyük alqışlarla qarşılayıb