Şirkət rəhbəri həbs edildi

sirket-rehberi-hebs-edildi
Oxunma sayı: 699

Bu barədə “Qafqazinfo”ya Nazirliyin Analitik informasiya şöbəsindən məlumat verilib. Bildirilib ki, Ş. İbrahimov Bakı şəhəri Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyatda olan “Alliance 1” MMC-nin direktoru vəzifəsində işləyərkən müəssisənin 2008-ci ilin iyun-dekabr ayları üzrə əlavə dəyər vergisi bəyannamələrinə təhrif olunmuş məlumatlar daxil edərək ümumilikdə xeyli miqdar təşkil edən 39 691,30 manat ƏDV-ni dövlət büdcəsinə ödəməkdən yayındırıb. Bundan əlavə, Ş. İbrahimov 3 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyatda olan “Xarə” MMC-nin direktoru vəzifəsində işləyərkən müəssisənin 2008-ci ilin dekabr ayı üzrə əlavə dəyər vergisi bəyannaməsinə və illik mənfəət vergisi bəyannaməsinə təhrif olunmuş məlumatlar daxil edərək cəmi 43 190,53 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırıb.

Bununla da Ş. B. İbrahimov külli miqdar təşkil edən 82 882,83 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsində "külli miqdarda vergi ödəməkdən yayınma" nəzərdə tutulan cinayət əməlini törədib.

Departamentin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində 21 iyul 2011-ci il tarixdə Ş. İbrahimov tutulub. Ş. İbrahimova Azərbaycan Respublikası Cinayət Məcələsinin 213.2.2-ci maddəsi ilə ittiham elan olunub.

23.07.2011-ci il tarixdə Bakı şəhəri Xətai rayon məhkəməsinin qərarı ilə Ş. İbrahimov barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə istintaq davam etdirilir.

Nigar Məmmədli