“Sabah ağılsızlıq eləməsələr, ermənilər normal, insani rejimə qayıdacaqlar. Bu qərarı verən erməni öz xalqına böyük yaxşılıq etmişdir. Bu işlər yekunlaşır”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı İlham Əziz sosial media hesabında yazıb.
O qeyd edib ki, bundan sonra biz azərbaycanlılar da papağımızı qabağımıza qoyub öz Prezidentimiz haqda yenidən düşünməliyik: “Bu adamın rəhbər kimi qətiyyəti nümunə olmalıdır. Nəhəng dövlətlərin əhatəsində, min cür siyasi oyunların burulğanında ölkənin sərhədlərini bərpa etmək, dünyada sözübir, fikribir dövlət qurmaq, asan məsələ deyil, bəlkə heç mümkün də deyil. Buna ilahi güc-qüvvət, səbat, səriştə lazımdı. Ölkəmizin rifahı, inkişafı və dayanıqlı siyasəti naminə hamımız ölkə başçısına kömək etməliyik.
Allah şahiddir ki, mən açıq postla heç vaxt prezidenti tərifləməmişəm. Lüzum görməmişəm. İctimai mövqeyim, savadım, ağlım mənə bu gün diktə edir ki, biz rəhbərimizə sayğı, sevgi ilə yanaşmalıyıq. Qürurlanıram! Mən 90-cı illərin müsibətini görmüş adamam. Heç kim məni tarixlə aldada bilməz. Bu zülmün, bu başıaşağılığın bitməsinə görə millətimizə, əsgərimizə, rəhbərimizə canı-dildən minnətdaram!
Hər şey gözəl olacaq! Hamınızı bağrıma basıram!”
İlham Əziz