“Bu barədə məlumatlı deyiləm” - Tramp

bu-barede-melumatli-deyilem
Oxunma sayı: 1503

ABŞ Prezidenti Donald Tramp İranda məktəbə edilən və çoxsaylı uşaq ölümü ilə nəticələnən raket zərbəsi ilə bağlı aparılan araşdırmanın ilkin nəticələrindən xəbərsiz olduğunu bildirib.

“Qafqazinfo” xəbər verir ki, “The New York Times” qəzeti fevralın 28-də Minab şəhərindəki qızlar məktəbinə endirilən zərbənin ABŞ ordusunun səhvi olduğunu üzə çıxarıb.

Araşdırmada qeyd olunur ki, Pentaqonun köhnəlmiş kəşfiyyat məlumatları səbəbindən “Tomahawk” raketi hərbi baza əvəzinə ona bitişik olan məktəbi vurub. Hadisə nəticəsində təxminən 175 nəfərin (əksəriyyəti 7-12 yaşlı şagirdlər) həlak olduğu bildirilir.

Qeyd edək ki, Tramp jurnalistlərin “ABŞ məsuliyyəti üzərinə götürəcəkmi?” sualına “bu barədə məlumatlı deyiləm” cavabını verib.

Xatırladaq ki, o, bundan əvvəl sözügedən hadisədə İranın özünü günahlandırmışdı. Pentaqon rəhbəri Pit Heqset isə ABŞ-nin heç vaxt mülki hədəfləri vurmadığını deyərək, İranı raket qurğularını məktəb və xəstəxanaların yaxınlığında yerləşdirməkdə ittiham edib.