“Bu, bizim “qırmızı xətt”imizdir” - İran rəsmisi

bu-bizim-qirmizi-xettimizdir
Oxunma sayı: 2889

“Bu yaxınlarda Omanın xarici işlər naziri tərəfindən Tehrana çatdırılan Vaşinqtonun təklifi çox qeyri-müəyyənlik və suallar ehtiva edir”.

“Qafqazinfo” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

Onun sözlərinə görə, bu təklifdə bir çox məqamlar aydın deyil:

“İran torpağında zənginləşdirməni davam etdirmək bizim “qırmızı xətt”imizdir. Bu, bütün ölkələrin qəbul etdiyi bir reallıqdır. Zənginləşmə artıq iranlılar üçün milli qürur və şərəf məsələsinə çevrilib”, - İranın xarici işlər naziri vurğulayıb.

A. Əraqçi əlavə edib ki, Tehran bu məsələdə ABŞ Prezidenti Donald Trampın tələb etdiyi kimi güzəştə getməyəcək.