Bu Çağrı Mərkəzi gündə 6600 zəng cavablandırır

bu-cagri-merkezi-gunde-6600-zeng-cavablandirir
Oxunma sayı: 3286

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “142” Çağrı Mərkəzi fəaliyyətə başladığı gündən indiyədək 8 milyona yaxın vətəndaş müraciətini cavablandırıb.

“Qafqazinfo” xəbər verir ki, 2025-ci ildə Çağrı Mərkəzi tərəfindən cavablandırılan zənglərin günlük orta sayı 6565 təşkil edib. 

Qeyd edək ki, “142” Çağrı Mərkəzi vətəndaşların əmək, məşğulluq, sosial müdafiə, əlillik, reabilitasiya, övladlığagötürmə və digər müvafiq müraciətlərinin cavablandırılmasında mühüm rola malikdir.

Müraciətlərin birbaşa cavablandırılması ilə yanaşı, Çağrı Mərkəzinin fəaliyyəti son illər IVR (interaktiv səsli cavablandırma) sisteminin, həmçinin sosial bot, onlayn çat, əks əlaqə, SMS müraciətlər üzrə cavablandırmanın tətbiqi ilə əhəmiyyətli dərəcədə genişlənib.