“Əlinizdə kartlar yoxdur, daha da azalıb” - Tramp

elinizde-kartlar-yoxdur-daha-da-azalib
Oxunma sayı: 1887

ABŞ Prezidenti Donald Tramp “Politico” nəşrinə verdiyi müsahibəsində Ukrayna Prezidenti Vladimir Zelenskini müharibənin dayandırılması üçün sülh danışıqlarına başlamağa çağırıb.

“Qafqazinfo” xəbər verir ki, Ağ Ev rəhbəri Ukrayna liderinin masaya oturmaq üçün kifayət qədər istək göstərmədiyini bildirib.

Tramp Rusiya Prezidenti Vladimir Putinin razılaşma imzalamağa hazır olduğunu qeyd edərək, Zelenskiyə xəbərdarlıq edib:

“Onun maneə olması ağlasığmazdır. Sizin əlinizdə kartlarınız yoxdur, indi isə bu kartlar daha da azalıb”.

Qeyd edək ki, fevralın 17-18-də Cenevrədə Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında intensiv danışıqlar baş tutub. Rusiya tərəfinin “çətin, lakin işgüzar” kimi qiymətləndirdiyi görüşlərdən sonra Zelenski tərəflərin atəşkəs monitorinqi mexanizmi üzrə razılığa yaxın olduğunu bəyan edib.