Bu da Azərbaycanın “Uşaq Avroviziyası” mahnısı - Video

bu-da-azerbaycanin-usaq-avroviziyasi-mahnisi
Oxunma sayı: 3328

Xəbər verdiyimiz kimi, bu ilin dekabrın 19-da Parisdə keçiriləcək “Uşaq Avroviziya 2021” mahnı müsabiqəsində Azərbaycanı Sona Əzizova təmsil edəcək.

“Qafqazinfo”nun məlumatına görə, Sona Əzizova sözügedən mahnı müsabiqəsində “One Of Those Days” mahnısı ilə çıxış edəcək. 

Qeyd edək ki, 19 ölkənin iştirakı gözlənilən müsabiqə Sena çayı üzərində Segun adasında “La Seine Musicale” konsert zalında keçiriləcək. 

Xatırladaq ki, bu, Azərbaycanın “Uşaq Avroviziya” mahnı müsabiqəsində 4-cü iştirakı olacaq.