Bu dəfə Misir Mərdanovun ən yaxın kadrını işdən çıxardı

bu-defe-misir-merdanovun-en-yaxin-kadrini-isden-cixardi
Oxunma sayı: 663

Modern.az saytının məlumatına görə, eks-nazir Misir Mərdanovun yaxın adamı sayılan Rasim Süleymanov uzun müddət idi ki, nazir köməkçisi vəzifəsini tuturdu.

Xəbəri Modern.az-a Təhsil Nazirliyindəki mənbədən də təsdiqləyiblər.

Xatırladaq ki, Mikayıl Cabbarovun nazir təyinatından sonra Təhsil Nazirliyinin Akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev, İqtisadiyyat şöbəsinin müdiri Şahrza Əliyev, Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyeva vəzifələdən çıxarılıblar.

Eyni zamanda Nazirliyin aparatında aparılan struktur dəyişikliyi nəticəsində Akkreditasiya şöbəsi və Monitorinq və qiymətləndirmə şöbəsi ləğv edilərək əvəzində Lisenziyalaşdırma və təhsilin keyfiyyətinə nəzarət şöbəsi yaradılıb.
Bundan başqa, Nazirlikdə daxili nəzarət sisteminin yaradılması, təhsil sahəsində korrupsiya halları ilə mübarizənin gücləndirilməsi, Nazirliyin "Qaynar xətt"inə daxil olan məlumatlarla əlaqədar operativ tədbirlərin görülməsi, habelə struktur bolmələrinin tabeçiliyinin düzgün müəyyənləşdirilməsi və funksional ixtisaslaşmanın təmin edilməsi məqsədi ilə Daxili nəzarət şöbəsi yaradılıb və "Qaynar xətt" xidməti həmin şöbənin tabeliyinə verilib.

Nazir Mikayıl Cabbarovun yeni yaratdığı daha bir şöbə isə Tələbə mübadiləsi və təhsilin inkişafı proqramları şöbəsidir.