Bu dəfəki prezident fərmanı tələbələrə şamil edildi

bu-defeki-prezident-fermani-telebelere-samil-edildi
Oxunma sayı: 4936


“Qafqazinfo”nun məlumatına görə, fərmanda deyilir deyilir:

Azərbaycan Respublikasında təhsil sahəsində ən yüksək nəticələr əldə etmiş tələbələrə dövlət qayğısını gücləndirmək məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikasının ali məktəblərinə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş tələbələr üçün Prezident təqaüdünün məbləği artırılaraq, 2013-cü il sentyabrın 1-dən 165 (yüz altmış beş) manat müəyyən edilsin.

“Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanının 1-ci hissəsində “150 (yüz əlli)” sözləri “165 (yüz altmış beş)” sözləri ilə  əvəz edilsin.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.