Bu ərazidə suyun verilməsində fasilə olacaq

bu-erazide-suyun-verilmesinde-fasile-olacaq
Oxunma sayı: 1042

Qaradağ rayonu Lökbatan qəsəbəsinin bəzi ərazilərinə gün ərzində suyun verilməsində fasilə yaranacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Bildirilib ki, martın 6-sı saat 00:00-dan etibarən yeni çəkilmiş şəbəkə xəttinin birləşmələrinin verilməsi məqsədilə aparılacaq tikinti-bərpa işləri ilə bağlı suyun verilməsində fasilə olacaq.