Bu ərazilərdə qaz olmayacaq

bu-erazilerde-qaz-olmayacaq
Oxunma sayı: 2251

Sabunçu rayonunda qaz xətlərinin yerinin təhlükəsiz əraziyə köçürülməsi, həmçinin “Quşçuluq” qaz xətləri üzərində quraşdırılmış tənzimləyicilərin yeniləri ilə əvəzlənməsi məqsədilə 24.06.2025-ci il saat 09:30-dan etibarən qaz təchizatı dayandırılacaq.

Bu barədə “Qafqazinfo”ya “Azəriqaz” İB-dən bildirilib.

Təmir-quraşdırma işləri aparılan müddətdə Sabunçu rayonu üzrə Nardaran, Ramana, Sabunçu və Maştağa qəsəbələrinin bir hissəsinin, Suraxanı rayonunda isə Deputatski küçəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.