Bu ərazilərdə su olmayacaq

bu-erazilerde-su-olmayacaq
Oxunma sayı: 5030

Bu gün ərzində Ağcabədi şəhərinə, eləcə də Aşağı Avşar və Xocavənd kəndlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.

Bildirilib ki, bu, magistral su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədardır.