Bu ərazilərə dolu düşüb

bu-erazilere-dolu-dusub
Oxunma sayı: 758

Azərbaycanda 18:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, saat 15:30-15:35 radələrində Şəki rayonunun Şin kəndi və Aşağı Layısqı kəndlərində diametri 15-20 mm, saat 16:15-16:30 radələrində Qusar rayonunun Laza kəndinə diametri 10-12 mm, saat 16:20-16:30 radələrində isə Balakən rayonunun Qazbölük kəndinə diametri 10-12 mm dolu düşüb.