Bu gün İlkinin toyudur

bu-gun-ilkinin-toyudur
Oxunma sayı: 13633

“Vur, komandir, vur...” videosu ilə məşhurlaşan hərbçimiz İlkin Muradovun bu gün toyudur.

"Qafqazinfo" femida.az-a istinadən xəbər verir ki, silahlı qüvvələrimizin müddətdən artıq xidmət edən hərbi qulluqçusu İlkin Muradovun toy mərasimi Neftçala rayonunda baş tutacaq.

Xatırladaq ki, İlkin Muradov 12 noyabr 2014-cü il tarixində ordumuzun səngərlərinə hücum etməyə cəhd edən düşmən helikopterini məhv edən hərbçi kimi məşhurlaşdı. Sosial şəbəkə istifadəçiləri onu sözügedən “Vur, komandir, vur!” videosundan tanıyır.