Bu gün Türkiyə MTŞ-də Qarabağdakı antiterror tədbirlərindən də danışılacaq

bu-gun-turkiye-mts-de-qarabagdaki-antiterror-tedbirlerinden-de-danisilacaq
Oxunma sayı: 900

Türkiyədə təxminən 2 aylıq fasilədən sonra Milli Təhlükəsizlik Şurası bu gün yenidən toplanır. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, Şura Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə toplanacaq. 

Gündəmdə terrorla mübarizə, regional və beynəlxalq hadisələrin yer alacağı gözlənilir. Mənbə Azərbaycanın Qarabağda uğurla həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri və bölgədə baş verən hadisələrdən də danışılacağını da bildirib.

Toplantıya ilk dəfə Baş Qərargah rəisi, ordu generalı Metin Gürak da qatılacaq.