Haqqin.az xəbər verir ki, A.Abbasov üstündən 24 il keçməsinə baxmayaraq Azərbaycan xalqının həmin dəhşətli gecəni unutmadığını və heç vaxt unutmayacağını bildirib. O, qara yanvar gecəsini həmçinin xalqımızın tarixindəki qəhrəmanlıq səhifələrindən biri adlandırıb.
A.Abbasov məqaləsində yazıb ki, Bakıdakı Şəhidlər Xiyabanı hər bir azərbaycanlının milli qürur və iftixar yeridir. Hər il yüz minlərlə insan bu məkana gələrək şəhidlərini ehtiramla anır.
“Bu hadisə mənim və mənim kimi digər soydaşlarımızın da həyatında, şüurunda dönüş nöqtəsi və böyük sarsıntı oldu. Bu hadisə şəxsən məni də çox sarsıntılarla üz-üzə qoydu. Mən o zaman Abşeron rayon partiya komitəsinin I katibi vəzifəsini icra edirdim. Sovet ordusunun vandalizmini şəxsən öz üzərimdə hiss edirdim. Silahlı əsgər və zabitlər dövlət idarələrinə, evlərə soxulur, dinc insanları hədələyir, özbaşınalıq edirdilər... Digər bütün azərbaycanlılar kimi mən də əminəm ki, zaman gələcək, bu dəhşətli cinayəti törədən insanlar, cinayətkarlar mühakimə olunacaq və cəzalarını alacaqlar” - deyə A.Abbasov bildirib.
Virtualaz.org