“Bu, həyatımın konserti oldu” - Video

bu-heyatimin-konserti-oldu
Oxunma sayı: 3501

Xəbər verdiyimiz kimi, ötən gün türkiyəli müğənni Mahsun Kırımızıgülün Bakı Konqres Mərkəzində solo konserti baş tutub.

“Qafqazinfo”nun məlumatına görə, konsertdən sonra instaqram hesabında video paylaşan Kırmızıgül hisslərini belə ifadə edib:

“Bakıdan zəlzələ bölgəsinə bu gecə bir könül körpüsü qurduq. Azərbaycan xalqının ölkəmizdəki fəlakətə görə etdiyi yardımlara görə bütün zəlzədən əziyyət çəkənlər adından təşəkkürümü bildirdim. Bu konsert həyatımın konserti oldu. Heç bir konsertimdə bu qədər ağlamamışdım, ağlatmamışdım. Bakının qəlbi bizimlədir. Çərşənbə günü zəlzələ bölgəsində olacağıq. Çətinlik çəkən bütün insanların yanındayam”.

Qeyd edək ki, ötəngünkü konsertə bütün biletlər satılmışdı.  

Həmçinin oxuyun: AccessBank получил благодарственную грамоту от Программы развития ООН