Bu il “Nobel”i Əkrəm Əylisli alacaq

bu-il-nobeli-ekrem-eylisli-alacaq-
Oxunma sayı: 3899


Müraciəti aşağıdakı şəxslər imzalayıb:

Sergey Abaşin (Sergey Abashin) – antropologiya və sosial tədqiqatlar professoru, Sankt-Peterburq Avropa Universiteti;

Andrey Bitov (Andrei Bitov) – Rusiya PEN-klubunun prezidenti, İrəvan Dövlət Universitetinin fəxri professoru;

Kreyq Kalhun (Craig Calhoun) – sosial elmlər professoru, London İqtisadi və Siyasi Elmlər Məktəbinin direktoru;

Georgi Derluqyan (Georgi Derluguian) – sosial tədqiqatlar və kütlə siyasəti professoru, Əbu Dabi Nyu-York Universiteti;

Aleksandr Dobroxotov (Alexander Dobrokhotov) – fəlsəfə doktoru, Moskva Ali İqtisadiyyat Məktəbi;

Həsən Hüseynov (Gasan Guseinov) – klassik filologiya və fəlsəfə doktoru, Moskva Dövlət Universiteti, Moskva Ali İqtisadiyyat Məktəbi, Bazel (İsveçrə) Universiteti;

Kevan Harris (Kevan Harris) – ABŞ-ın Prinston Universitetinin Yaxın Şərq Araşdırmaları Mərkəzinin əməkdaşı;

Ruslan Xestanov (Rouslan Khestanov) – fəlsəfə və kulturologiya professoru, Moskva Sosial və Mədəniyyət Proqramları İnstitutunun direktoru, Moskva Ali İqtisadiyyat Məktəbi;

Mixail Mayatski (Michail Maiatsky) – kulturologiya professoru, Moskva Ali İqtisadiyyat Məktəbi, İsveçrə Friburq Universiteti; 

Vladimir Malaxov (Vladimir Malakhov) – sosial tədqiqatlar professoru, Rusiya Təsərrüfat və Dövlət Xidməti Akademiyasının prezidenti;

Nikolay Plotnikov (Nikolaj Plotnikov) – fəlsəfə professoru, Rus Fəlsəfəsi və İntellektual Tarixi elmi mərkəzi, Bohum Rur Universiteti;

Teodor Şanin (Teodor Shanin) – Mançester Universitetinin sosiologiya professoru;

İmmanuel Vallerstayn (Immanuel Wallerstein) – Yelk Universitetinin sosiologiya professoru;

Qeyd edək ki, müraciəti imzalayan Həsən Hüseynov Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycanın əməkdar incəsənət xadimi Çingiz Hüseynovun oğludur. 

Xatırladaq ki, 2012-ci ilin dekabrında Əkrəm Əylisli “Daş yuxular” romanını nəşr edib. Romanda ermənilərə qarşı törədilən qırğınlardan bəhs olunur. Yazıçı bu romanı 2006-cı ildə yazdığını söyləyib. Roman yayıldıqdan sonra Ə. Əylisli “Azərbaycanın xalq yazıçısı” adından və fəxri təqaüddən məhrum edilib.