Bu klinikada da rentgen-müayinə fəaliyyəti qadağan edildi - Foto

bu-klinikada-da-rentgen-muayine-fealiyyeti-qadagan-edildi
Oxunma sayı: 3246

Fövqəladə Hallar Nazirliyi Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsində yerləşən stomotoloji klinikada yoxlama aparıb.

“Qafqazinfo” nazirliyə istinadən xəbər verir ki, tədbir Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilib.

Belə ki, agentlik tərəfindən Ceyhun Hacıbəyli küçəsində fəaliyyət göstərən fiziki şəxs Məmmədov Rövşən Afiq oğluna məxsus stomatoloji klinikada sahibkarın müraciəti əsasında keçirilmiş yoxlama tədbirləri zamanı rentgen aparatının istismarı ilə əlaqədar radiasiya təhlükəsizliyi tələblərinin pozulması faktı aşkar edilib.

Faktla bağlı Agentlik tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq görülmüş tədbirlər nəticəsində qeyd olunan stomatoloji klinikada istifadə edilən rentgen aparatının istismarı dayandırılıb.