O bildirib ki, buna səbəb bu gün Olimpiya Stadionunda keçirilən növbəti sınaq tədbiridir: “Ona görə də o istiqamətə gələn marşrutların hərəkət istiqaməti dəyişdirilib. Bu qrafik həmçinin 12 iyun və 28 iyun tarixlərində də təkrarlanacaq. Belə ki, Mərdəkan, Bilgəh istiqamətindən gələn marşrutlar Heydər Əliyev hava limanından beton yola çıxaraq Həzi Aslanov metrosuna gedəcəklər. Zabrat istiqamətindən hərəkətə başlayan avtobuslar isə Bakıxanova girərək bir neçəsi Neftçilər metrosuna, qalanları isə Qara Qarayev metrosuna kimi hərəkət edəcəklər”.
Qeyd edək ki, 150, 160, 171 nömrəli marşrutların son dayanacağı bu gün Həzi Aslanov metrosu olub.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər