Bu məhsulların idxalı 3 il ƏDV-dən azad edildi

bu-mehsullarin-idxali-3-il-edv-den-azad-edildi
Oxunma sayı: 4089

Baş Nazir Əli Əsədov “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” qərarı imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, qərara əsasən, dəyişikliklər ƏDV-dən azadolmaların müddətinin uzadılması, aksiz vergisindən azadolma və aksizli malların siyahısına və vergi dərəcələrinə dəyişiklik edilməsini əhatə edib.

Dəyişikliklə qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı işlərinin görülməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında dəzgahların, avadanlıqların və qurğuların idxalı 01.01.2021-ci ildən üç il müddətinə ƏDV-dən azad olunub.