Təhsil müəssisəsində baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanılıb.
“Qafqazinfo” Daşkəsən Rayon Prokurorluğuna istinadən xəbər verir ki, Zəylik kənd tam orta məktəbindəki qanunsuzluqlarla bağlı vətəndaş müraciəti daxil olub.
Araşdırmalar zamanı qeyd olunan təhsil müəssisəsində 2018-2023-cü illərdə əsassız olaraq əməkhaqqı ödənilməsi və digər yollarla dövlət büdcəsindən ayrılmış 56 min manatdan artıq pul vəsaitinin mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Daşkəsən Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.2 (təkrar mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.