Bu mərkəzi küçələrdə dəyişiklik edildi - Fotolar

bu-merkezi-kucelerde-deyisiklik-edildi
Oxunma sayı: 3745

Bakıda Səməd Vurğun küçəsinin Füzuli və Şəmsi Bədəlbəyli küçələri ilə kəsişmələrində dəyişiklik edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb. 

Həyata keçirilən işlər çərçivəsində:

– Səməd Vurğun küçəsinin Şəmsi Bədəlbəyli və Füzuli küçələri ilə kəsişmələrində ikitərəfli hərəkət təşkil edilib;

– Geriyədönmə yerinin ölçülərini dəyişməklə Füzuli küçəsində yalnız sola hərəkətə icazə verən zolaqda düzünə və sola hərəkət təmin edilib;

– Piyadaların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə panduslar inşa olunub;

– Ərazidə müvafiq nişanlar quraşdırılıb və nişanlanma xətləri çəkilib.

Görülən işlər Şəmsi Bədəlbəyli küçəsindən Səməd Vurğun küçəsinə şimal istiqamətində birbaşa çıxış imkanı yaradıb. Bununla da kəsişmədə münaqişə nöqtələri minimuma endirilib, Rəşid Behbudov və Şəmsi Bədəlbəyli küçələrinin nəqliyyat yükü azalıb, yollarda təhlükəsizlik səviyyəsi yaxşılaşdırılıb.

Qeyd edək ki, infrastruktur layihəsi nəticəsində Füzuli küçəsinin hərəkəti buraxma qabiliyyətinin 30%-ə qədər artacağı gözlənilir.