Qətər təhlükəsizlik tədbiri olaraq ərazi sularında bütün dəniz fəaliyyətlərinin müvəqqəti dayandırıldığını elan edib.
“Qafqazinfo” xəbər verir ki, Qətər Nəqliyyat Nazirliyinin yazılı açıqlamasında kapitanlardan, vasitəçilərdən, fərdlərdən və şirkətlərdən dəniz naviqasiyasını müvəqqəti olaraq dayandırmaları xahiş olunub.
Bəyanatda bildirilir ki, qərar regionda baş verən son hadisələr nəzərə alınaraq ehtiyat tədbiri kimi tətbiq olunub və bütün dəniz səyahətlərində təhlükəsizliyin ən yüksək səviyyədə təmin edilməsi hədəflənir.
Nazirlik əlavə edib ki, müvafiq qurumlarla koordinasiya davam etdirilir və gedişatdan asılı olaraq yeni elanlar ictimaiyyətlə paylaşılacaq.
Son xəbərlər
Son Xəbərlər