Bu ölkə meymunçiçəyinə yoluxmaya görə lider oldu

bu-olke-meymunciceyine-yoluxmaya-gore-lider-oldu
Oxunma sayı: 2058

ABŞ-da ötən sutka ərzində meymunçiçəyinə 1048 yeni yoluxma halı qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Daily Mail” yayıb.

Məlumata görə, bununla da ABŞ-da meymunçiçəyinə yoluxanların ümumi sayı 4639 nəfər təşkil edib. 

ABŞ-da ən çox yoluxmanın Nyu-York, Vaşinqton və Kaliforniyada aşkar olunduğu bildirilir.

Bundan əvvəl isə, yoluxma sayına görə ilk pillədə İspaniya qərarlaşmışdı. Belə ki, ölkədə sözügedən xəstəliyə 3738 yoluxma qeydə alınıb. 

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) indiyədək 75 ölkədə 16 mindən çox meymunçiçəyinə yoluxma halını təsdiqləyib və 5 nəfərin öldüyünü açıqlayıb.